18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
“Gəncə məhbusu” öldü - Prokurorluq araşdırır
Tarix: 30-09-2019 10:40 | Bölmə: Cəmiyyət
“Gəncə məhbusu” öldü - Prokurorluq araşdırır


“Gəncə hadisələri” zamanı həbs olunan və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilən Eşqin Zahid oğlu Quliyev cəzaçəkmə müəssisəsində vəfat edib.

Penitensiar Xidmət məhkum Eşqin Quliyevin ölüm faktını təsdiqləyib.

Reyting.az xəbər verir ki, bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Eşqin Quliyev Penitensiar Xidmətin tabeliyində olan müəssisəyə daxil olduğu gündən onda bir sıra infeksion viruslu xəstəliklər müəyyən edilib: “O, müəssisədə intensiv müalicə kursu keçib. Bütün müalicə tədbirlərinə baxmayaraq, Eşqin Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində İİV infeksiyası 4 mərhələ, Viruslu Hepatit C, Anemiya, Baş-beyin ödemi, Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqnozları ilə vəfat edib”.

Mehman Sadıqov qeyd edib ki, hazırda prokurorluq tərəfindən məhkumun meyiti ekspertizadan keçirilir və daha sonra məhkumun meyiti yaxınlarına təhvil veriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər