16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
4023 müəllim müqavilə ilə işə götürüldü
Tarix: 30-09-2019 11:10 | Bölmə: Cəmiyyət
4023 müəllim müqavilə ilə işə götürüldü

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura qeydiyyat başa çatıb.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, prosesdə 4 113 nəfər iştirak edib, onlardan 4 023 nəfər vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib.

Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesində builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak ediblər. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.

Elektron yerləşdirmənin nəticələri barədə məlumat gün ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}