18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Nəqliyyat Agentliyi ölmüş şəxsi cərimələyib
Tarix: 30-09-2019 14:49 | Bölmə: Cəmiyyət
Nəqliyyat Agentliyi ölmüş şəxsi cərimələyib

Millət vəkili Tahir Kərimli Bakı Nəqliyyat Agentliyindən (BNA) şikayətlənib.

APA-nın məlumatına görə, Milli Məclisin payız sessiyasının ilk iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı T. Kərimli deyib ki, şəxsən o, Bakıda avtomobili saxlamaq üçün parklanma yeri tapa bilmir.

Millət vəkili bildirib ki, avtomobillər dayanma ilə əlaqədar dərhal cərimələnir və bu, insanlarda narazılıq doğurur: “Hətta bir ölmüş şəxsin vəsiqəsi əllərinə düşüb, götürüb ona cərimə yazıblar. Buna son qoymaq lazımdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər