18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
BNA deputatın ittihamına elə özündənrazı cavab verdi ki...
Tarix: 30-09-2019 18:51 | Bölmə: Cəmiyyət
BNA deputatın ittihamına elə özündənrazı cavab verdi ki...

Bakı Nəqliyyat Agentliyi (BNA) deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirdiyi tənqidlərə münasibət bildirib.

Agentliyin bildirilib ki, deputatın bu çıxışı təəssüfedicidir:

"Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü deputat Tahir Kərimli çox yaxşı bilir ki, inzibati tənbeh vermə haqqında qərar Mərkəzi İnformasiya Sisteminin məlumatları əsasında tərtib edilir. Vəfat etmiş şəxsin nəqliyyat vasitəsini idarə edən sürücü avtomobilin müvafiq qaydada rəsmiləşdirməni icra etməlidir ki, belə hallar yaşanmasın. Məsələnin BNA-nın səhvi kimi Parlamentin plenar iclasında səsləndirilməsi təəccüb doğrur.

Tahir Kərimlinin sədri olduğu partiyanın qərargahı qarşısında nəqliyyat vasitəsini saxlaya bilməməsinə gəlincə bildirək ki, ərazidə dayanma və durmanı qadağan edən nişan varsa, statusundan asılı olmayaraq hamı bu tələbə əməl etməlidir. Digər bir yandan partiya qərargahından piyada 10 dəqiqəlik məsafədə Qış parkı avtomobil dayanacağı yerləşir. Tahir Kərimli nəqliyyat vasitəsini dayanacaqda park edib partiya qərargahına piyada getməklə digər vətəndaşlara da çox gözəl nümunə ola bilərdi. Cərimələrdən faiz tutulmasına da aydınlıq gətirərək bildirək ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrə görə ödənilən vəsaitlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət büdcəsinə daxil olur. BNA əməkdaşlarının əmək haqları cərimələrdən formalaşmır”.

Qeyd edək ki, T.Kərimli parlamentin plenar iclasında çıxış edərək Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini tənqid edib: "Mən özüm partiya sədriyəm, qərargahın qarşısında maşınımı saxlamaq üçün 10 dəfə fırlanıram. Şəhərdə parklanma yerləri yoxdur, amma gəlib hamını cərimələyirlər. Cərimələrlə bunların maddi vəziyyətinin yaxşılaşdırılmasını istəyiriksə, eybi yox, qoy, dövlət bir az ziyana düşsün, amma bunların əməkhaqqını artıraq. Cərimələri yazmaqla nə qədər insanda narazılıq yaradırlar. Parklanma yeri yoxdur, amma gəlib hamını cərimələyirlər. Ötən dəfə də demişdim ki, bir nəfər ölmüş vətəndaşın vəsiqəsi əllərinə düşmüşdü, ona da cərimə yazmışdılar”.

Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər