18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Jurnalist Zülfüqar Xeyirxəbərə xəsarət yetirən şəxsin işi məhkəməyə göndərildi
Tarix: 04-10-2019 15:14 | Bölmə: Cəmiyyət
 Jurnalist Zülfüqar Xeyirxəbərə xəsarət yetirən şəxsin işi məhkəməyə göndərildi

Jurnalist Zülfüqar Xeyirxəbərə təzyiq göstərməklə xuliqanlıq etməkdə təqsirləndirilən Seymur Mustafazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Hakim Əkrəm Qəhrəmanovun icraatında olan iş üzrə hazırlıq iclası oktyabrın 10-a təyin edilib/Report.

Qeyd edək ki, hadisə avqustun 25-i saat 10 radələrində baş verib. Bakı şəhər sakini, jurnalist Zülfüqar Xeyirxəbərin idarə etdiyi "Mercedes” markalı 99-BC-360 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində "Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən heç bir əsaslı səbəb olmadan saxladılıb. Mübahisə etməklə Z.Xeyirxəbərə bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

S.Mustafazadəyə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham verilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər