23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Nazir idarə rəisini təqaüdə göndərdi, "Bandotdel"in şöbə rəisini isə... - DİN-də dəyişiklik davam edir
Tarix: 03-12-2019 14:32 | Bölmə: Cəmiyyət
Nazir idarə rəisini təqaüdə göndərdi, "Bandotdel"in şöbə rəisini isə... - DİN-də dəyişiklik davam edir

Daxili İşlər Nazirliyində kadr islahatları davam edir.

Reyting.az
Strateq.az-a istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Rüstəm Cəfərov Beyləqan rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Xatırladaq ki, Beyləqanın əvvəlki rəisi Rəşid Piriyev bu ilin oktyabr ayında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Nazirin digər bir əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin Kadrlar İdarəsinin rəisi, polis polkovniki Elçin Əsədov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Hələlik onun yerinə təyinat olmayıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}