16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Azərbaycanın hansı bölgələrinə qar yağıb? - Faktiki hava durumu açıqlanıb
Tarix: 13-01-2020 11:19 | Bölmə: Cəmiyyət
Azərbaycanın hansı bölgələrinə qar yağıb? - Faktiki hava durumu açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Reyting.az-a verilən məlumata görə, yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan Muxtar Respublikası, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta təşkil edib.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}