Sərxoş kişinin dişlədiyi it öldü
Tarix: 25-01-2020 20:30 | Bölmə: Cəmiyyət
Sərxoş kişinin dişlədiyi it öldü

Qanada sərxoş kişi onu dişləyən iti dişləyib.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, insident 45 yaşlı Castis Aflaktuya yerli araq olan akpeteşi içəndə baş verib.

Gözlənilmədən evə it girərək onu ayağından dişləyərək qaçıb.

Qanalı arxasınca gedərək onu yaxınlıqdakı kolluqda yaxalayıb və cavab olaraq o da iti dişləyib.

“Köpəyin qışqırdığını eşitdim, sanki həqiqətən onun üçün ağrılı idi”, - Aflaktuyanın qardaşı deyib.

Onun sözlərinə görə, bir neçə dəqiqədən sonra itin səsi kəsilib: “Mən nə baş verdiyini yoxlamaq üçün çölə çıxdım, gördüm ki, dişləndikdən sonra it ölüb və ağzından köpük gəlirdi”.

Aktepeşi Qanada istifadə olunan spirtli içkidir. Onu fermentləşdirilmiş xurma şərabından və ya şəkər suyundan hazırlayırlar. Bir qayda olaraq aktepeşinin tündlüyü 40-dan 50 dərəcəyə qədər olur.





Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}