Adı qalmaqallarda hallanan məktəb direktoru vəzifədən çıxarılıb
Tarix: 10-10-2025 09:31 | Bölmə: Cəmiyyət
Adı qalmaqallarda hallanan məktəb direktoru vəzifədən çıxarılıb

Bakıda adı qalmaqallarda hallanan daha bir məktəb direktoru vəzifədən çıxarılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, Agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Afaq Əliyevanın səs yazısı yayılmışdı. Direktor həmin səs yazısında məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir. Lalə Şəfaqətova isə direktora bunu etmək istəmədiyini deyir.




Bölməyə aid digər xəbərlər