Qazaxıstan pasportu yeni dizaynda olacaq
Tarix: 10-10-2025 07:50 | Bölmə: Cəmiyyət
Qazaxıstan pasportu yeni dizaynda olacaq

Qazaxıstan pasportu 17 ildir ki, yenilənmir və indi yeni dizayn alacaq.

Reyting.az
-ın məlumatına görə, Qazaxıstanın dövlət müşaviri Yerlan Karinin sözlərinə görə, hazırlıq prosesinə cari ilin fevral ayında start verilib.

Karin pasportun yeni dizaynında Qazaxıstanın özünəməxsus xüsusiyyətlərinin, milli kimliyinin, mədəni müxtəlifliyinin və görməli yerlərinin əks olunduğunu bildirib və onun tezliklə ictimaiyyətə təqdim olunacağını deyib.

Yeni dizaynlı pasportlar mövcud pasportların müddəti başa çatdıqda və ya tələb əsasında veriləcək və qiyməti dəyişməz qalacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər