21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda yeni qaydalar tətbiq olunacaq
Tarix: 14-03-2020 23:21 | Bölmə: Cəmiyyət
Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda yeni qaydalar tətbiq olunacaq

Koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda bir ay müddətində evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması təmin edilməlidir.

Reyting.az
-ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi alış-veriş mərkəzlərinin fəaliyyəti ilə bağlı qaydalarda əksini tapıb.

Eyni zamanda alış-veriş mərkəzlərində havalandırma sistemlərinin işlək olması, sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserlərinin quraşdırılması və saxlanması, iş saatlarında dezifeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi (əsasən işlək sahələrdə giriş-çıxış, lift, kassa və s.), qeyri-iş saatlarında tam dezinfeksiya tədbirlərinin görülməsi, alış-veriş mərkəzlərində mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların verilməsi, mütəmadi olaraq maarifləndirici video çarxların nümayiş etdirilməsi, giriş və çıxışlarda WHO Covid-19 üzrə məsləhətləri ilə bağlı panoların vurulması təmin edilməlidir. Bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görülməlidir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub. Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər