Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxub - Rəsmi məlumat
Tarix: 17-03-2020 11:49 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 3 nəfər koronavirusa yoluxub - Rəsmi məlumat

Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir:

"Hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}