Azərbaycanda yüksək vəzifəli məmur xidmət rəhbərliyini məhkəməyə verib
Tarix: 03-04-2020 18:26 | Bölmə: Cəmiyyət
Azərbaycanda yüksək vəzifəli məmur xidmət rəhbərliyini məhkəməyə verib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev məhkəməyə müraciət edib.

Məlumata görə, Əvəz İlyas oğlu Qocayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini hərbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlı məhkəməyə verib.

Məhkəmə aprel ayının 7-də Bakı İnzibati Məhkəməsində hakim Nəriman Abıyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin saytında Əvəz Qocayevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və müharibə veteranı adı alması xəbəridə yer alıb. Belə ki, Əvəz Qocayev 1993-cü ildə qısa müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil şöbəsində təftiş-mühasib vəzifəsində çalışıb/Yenisabah.az.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}