14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Jurnalistlərin xidməti vəsiqə ilə hərəkət etmələrinə icazə verilir
Tarix: 03-04-2020 20:30 | Bölmə: Cəmiyyət
Jurnalistlərin xidməti vəsiqə ilə hərəkət etmələrinə icazə verilir

“Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin çoxsaylı müraciətlərini nəzərə alaraq xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən KİV əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verilir”.

Reyting.az
-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib: “Bir daha bildirmək istəyirik ki, bütün bu qərarlar ölkədə virus təhlükəsinin minimuma endirilməsi üçün qəbul edilir. Bir daha vətəndaşlarımızdan zəruri olmadığı hallarda öz yaşayış yerlərini tərk etməməsi və xüsusi karantin vəziyyətini nəzərə alaraq sui-istifadə hallarına yol verməməsi xahiş olunur”.(APA)




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}