13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Taksilərlə bağlı qərar: "Fərqlənmə Nişanı" olmayan sürücülər cərimələnəcək
Tarix: 04-04-2020 22:49 | Bölmə: Cəmiyyət
Taksilərlə bağlı qərar: "Fərqlənmə Nişanı" olmayan sürücülər cərimələnəcək

"Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız "Fərqlənmə Nişanı" olan taksilərlə sərnişin daşınmasına icazə veriləcək".

Reyting.az
xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova açıqlama yayıb.

Sektor müdiri bildirib ki, xidmət tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə mart ayında taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən "Fərqlənmə Nişanı" təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin edilir) xidmət göstərə bilərlər: "Hazırda bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti müvafiq qaydada həmin şəxslər haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər aparılmaqdadır".




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər