23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Koronavirusa yoluxmaqdan şübhələnən ərlə arvad intihar etdi - Foto
Tarix: 05-04-2020 18:45 | Bölmə: Cəmiyyət
Koronavirusa yoluxmaqdan şübhələnən ərlə arvad intihar etdi

ABŞ-ın İllinoys ştatında koronavirusa yoluxmaqdan şübhələnən ərlə arvad özlərini öldürüblər.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, insident Lokport Taunşip şəhərində qeydə alınıb.

Uill dairəsinin şerifinin ofisinin nümayəndələri qohumlarının xahişi ilə öz doğmalarından xəbər tuta bilmədiklərindən Patrik Cesernik və Şeril Şriferin evinə gediblər.

Çağırışla həmin ünvana gələn polislər başlarında güllə yarası olan meyitlər aşkarlayıblar. Evdə həmçinin silah və istifadə olunan iki giliz də tapılıb.

Şerifin ofisindən bildiriblər ki, evdə dava izləri olmayıb, hər şey qaydasında olub.

Koronavirusa yoluxmaqdan şübhələnən ərlə arvad intihar etdi

Bundan əlavə, qonşular da əvvəllər cütlükdən narazılıq etməyiblər.

Hadisə yerinə gələn qohumlar polislərə deyiblər ki, Cesernik özünün və həyat yoldaşının COVID-19-a yoluxacağından qorxub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}