13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Gizli fəaliyyət göstərən çayxananın sahibi və müştəriləri cərimələnib
Tarix: 23-04-2020 10:23 | Bölmə: Cəmiyyət
Gizli fəaliyyət göstərən çayxananın sahibi və müştəriləri cərimələnib

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Qamışovka kəndində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Keçirilən baxış zamanı orada olan obyekt sahibi və Astara sakinləri olan 7 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Astara Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər