13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Azərbaycanda məhkəmə prosesləri mayın 4-ə qədər təxirə salınıb
Tarix: 23-04-2020 12:03 | Bölmə: Cəmiyyət
Azərbaycanda məhkəmə prosesləri mayın 4-ə qədər təxirə salınıb

Ali Məhkəməsi Plenumu ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verib.

Məhkəmədən Reyting.az-a verilən məlumata görə, 4 may 2020-ci il tarixinədək Azərbaycanın bütün məhkəmələrinə tövsiyə edilib ki, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər