Ağır yol qəzası: 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb - Yenilənib
Tarix: 04-05-2020 12:43 | Bölmə: Cəmiyyət
Ağır yol qəzası: 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Reyting.az
-ın məlumatına görə, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.

Nəticəsində 4 nəfər ölüb 3 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

APA-a xəbər verir ki, qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

"Nissan" markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Abbas Kərim oğlu Kərimov, Arzu İsrayıl qızı Hətəmov isə xəstəxanaya yerləşdiriliblər.

***

Kürdəmir rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə APA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib və hamısının vəziyyəti ağırdır.

Ağır yol qəzası: 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb




Bölməyə aid digər xəbərlər