22:59 / 04-09-2025
Ermənilərin Bakıda növbəti məhkəməsi keçirilib
18:12 / 04-09-2025
Konfrans Liqası: "Samsunspor"un heyəti bəlli olub
18:08 / 04-09-2025
Türk klubu Hacı ilə anlaşıb
18:02 / 04-09-2025
Dövlət Xidməti "Telegram"dakı dələduzluq hallarını araşdırır
17:49 / 04-09-2025
Cəlilabadda avtomobil qəzası: yaralananların sayı 8-ə çatıb
17:30 / 04-09-2025
Avropaya yeni təhlükə yaranır
17:29 / 04-09-2025
Oleq Bakinski bəraət istəyir
17:22 / 04-09-2025
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
17:18 / 04-09-2025
Muzeydən 9,5 milyon avroluq eksponat oğurlanıb
17:13 / 04-09-2025
Rus ordusu xəstəxanaya üç hava bombası atıb
17:01 / 04-09-2025
Peşə məktəblərinə qəbulun II mərhələsinin nəticələri açıqlanıb
16:51 / 04-09-2025
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
16:38 / 04-09-2025
Əməkdar artist aparıcılıq edəcək
16:22 / 04-09-2025
Prezident Bolqarıstandakı səfiri geri çağırıb - Sərəncam
16:06 / 04-09-2025
Çin dünyaya meydan oxuyur - Hərbi ekspert
16:01 / 04-09-2025
Akademik borcu olanlara "Tələbə krediti" verilməyəcək
15:51 / 04-09-2025
XİN Sudan hökumətinə başsağlığı verib
15:49 / 04-09-2025
Professor: Rusiyada Azərbaycanla bağlı reallıqları anlamağa başlayırlar
15:38 / 04-09-2025
"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd kimi təqdim olunub
15:35 / 04-09-2025
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
15:18 / 04-09-2025
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
15:05 / 04-09-2025
Çin və Rusiya liderləri 150 il yaşamaq istəyirlər
14:59 / 04-09-2025
Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxslər saxlanılıb
14:52 / 04-09-2025
İki ildən sonra Rusiyanın daha çox raketi olacaq
14:51 / 04-09-2025
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
14:32 / 04-09-2025
23 aptekdə yoxlama aparılıb
14:28 / 04-09-2025
Tbilisi meri: "ABŞ-la dostluq və strateji tərəfdaşlıq bizim üçün son dərəcə önəmlidir"
14:01 / 04-09-2025
Qazaxıstan XİN başçısı saxlanılıb? - (Yenilənib)
13:58 / 04-09-2025
ABŞ Səfirliyi köhnə əşyalarını satışa çıxarıb
13:32 / 04-09-2025
Nazir Afaq Bəşirqızına ordenini təqdim edib - Foto
08:49 / 31-08-2025

18:20 / 31-08-2025

15:02 / 31-08-2025

08:55 / 01-09-2025

18:10 / 01-09-2025

16:05 / 02-09-2025

19:51 / 02-09-2025

16:45 / 01-09-2025

19:47 / 01-09-2025

07:40 / 02-09-2025

07:23 / 01-09-2025

22:48 / 02-09-2025

Azərbaycanda şok olay: sabiq məmur sifarişli cinayət planı qurubmuş..
Tarix: 04-05-2020 15:46 | Bölmə: Cəmiyyət

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib müxtəlif cinayət əməlləri törətmiş dəstə üzvləri həbs ediliblər.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərindən Reyting.az-a verilən birgə məlumatda qeyd olunur ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə istintaqı tamamlanmış və təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq əməkdaşı Vüsal Əliyevin digər cinayət əməlləri də ortaya çıxıb.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Vüsal Əliyev işlədiyi dövrdə yol verdiyi qanun pozuntularının aşkar olunmasının və anasına saxta sənədlər əsasında təqaüd təyin etdirməsi faktının üzə çıxmasında səbəbkar kimi işlədiyi nazirliyin adı təhlükəsizlik səbəbindən açıqlanmayan məsul əməkdaşını günahkar bildiyindən onu döydürüb cəzalandırmaq qərarına gəlib. O, bu yolla həmin şəxsi məhkəmədə ifadəsindən imtinaya məcbur etməyə nail olmaq istəyib.
Vüsal Əliyev cari ilin mart ayının 19-da barəsində keçiriləcək məhkəmə prosesində həmin əməkdaşın şahid qismində iştirakının qarşısının alınması üçün keçmiş iş yoldaşının döyülməsini təcridxanada onunla eyni kamerada qalan Cinayət Məcəlləsinin quldurluq maddəsilə təqsirləndirilən Mirafiq Bəşirova pul müqabilində sifariş edib. Mirafiq Bəşirov isə öz növbəsində azadlıqda olan qardaşı Nurlan Bəşirovla əlaqə saxlayaraq həmin şəxsin məhkəmə iclasında şahid qismində iştirakının qarşının alınmasının vacib olduğunu diqqətə çatdırıb. Nurlan Bəşirov isə tanışları Zaur Cəlilli, Bəhruz Əhmədov, Sərxan Çobanov, İsamuddin Babayev və Fariz Daşdəmirovla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sifarişi yerinə yetirmək üçün əvvəlcədən plan hazırlayıblar.
Belə ki, həmin şəxsə məxsus zəruri məlumatlar cinayətkar qrupun üzvü Bəhruz Əhmədov vasitəsilə əldə edildikdən sonra Sərxan Çobanov və İsamuddin Babayev martın 19-da zərərçəkənin yaşadığı evin yaxınlığında idarə etdiyi avtomobili saxlatdırıb ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hadisədən sonra Nurlan Bəşirov, Zaur Cəlilli, Fariz Daşdəmirov, Sərxan Çobanov və İsamuddin Babayev görüşüb vəd edilmiş pulu aralarında bölüblər. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxslər saxlanılmış, onlardan dördünün üstündən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb.
Araşdırma zamanı həmçinin müəyyən olunub ki, Vüsal Əliyev bu hadisədən bir qədər sonra kamera yoldaşı Mirafiq Bəşirova bu dəfə keçmiş iş yoldaşının bıçaqlanması cinayətini sifariş edib. Bu sifariş əsasında Mirafiq Bəşirov tanışı Namiq Alagözov vasitəsi ilə cari ilin aprelin 22-də həmin şəxsə yaşadığı evin qarajında bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsini təşkil edib. Namiq Alagözov da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Qeyd edilən faktlarla bağlı Zaur Cəlilli, Bəhruz Əhmədov, Nurlan Bəşirov, Fariz Daşdəmirov, Sərxan Çobanov, İsamuddin Babayev və Namiq Alagözov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həbsdə olan Vüsal Əliyevə və Mirafiq Bəşirova da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:29
Oleq Bakinski bəraət istəyir
Bu gün, 17:22
Gürcüstana müalicəyə gedən həkim qəzada ölüb
Bu gün, 16:01
Akademik borcu olanlara "Tələbə krediti" verilməyəcək
Bu gün, 15:18
Bədənin istiliyindən elektrik hasil olunur - Foto
Bu gün, 12:43
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 12:03
Şərurlu İsfəndiyar yenə hakim qarşısına çıxarılıb
Bu gün, 09:42
20 yaşlı sürücü avtomobillə qadını vuraraq öldürüb
Bu gün, 09:28
İki yeniyetmə su kanalında boğulub
Dünən, 18:20
Gədəbəydə dağlıq ərazidə yanğın olub - Video
Dünən, 18:12
Tiktoker xanımın anası məhkəmədə dindirilib
Dünən, 16:09
Azyaşlı qızın toyu dayandırılıb - (Yenilənib)
Dünən, 14:32
Ağsuda yanğın törədən şəxs müəyyən olunub
Dünən, 14:08
Asteroid sürətlə Yerə yaxınlaşır - Xəbərdarlıq
Dünən, 13:26
Üç kollecə direktor müavini təyinatı olub
Dünən, 12:46
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 11:48
"Telegram" üzərindən yeni dələduzluq halları çoxalıb
Dünən, 10:38
Səfirliyin sabiq əməkdaşının məhkəməsi başlayıb
Dünən, 08:14
Peyğəmbərin (s.ə.s) Mövludu günüdür
2-09-2025, 17:45
Qondarma “Xarici İşlər Nazirliyi”nin yerində Baş idarə tikiləcək
2-09-2025, 17:27
Elektron Təhlükəsizlik Xidmətinə mətbuat katibi təyin olunub
2-09-2025, 16:50
Laçında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
2-09-2025, 15:30
Xəstələr üçün yığılan pulu ələ keçirən şəxs tutulub
2-09-2025, 14:53
15 saylı həbsxanaya rəis təyinatı olub
2-09-2025, 14:44
Bakıda çoxmərtəbəli binada yanğın: 12 nəfər təxliyə olunub
2-09-2025, 12:37
417,5 kiloqram narkotiki ələ keçirib, 10 şübhəli tutulub
2-09-2025, 12:21
Sabahın hava proqnozu açıqlanıb
2-09-2025, 11:48
Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs tutulub
2-09-2025, 10:35
Məktəbli geyimlərinin satıldığı ünvanlar... - Siyahı
2-09-2025, 08:15
Sudanda bir kənd uçqun altında qalıb
1-09-2025, 18:03
Azərbaycanın göndərdiyi humanitar yardım Ukraynaya çatıb
1-09-2025, 17:12
Sabiq rəisi hakim qarşısına çıxarılıb
1-09-2025, 16:03
Beyləqanda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
1-09-2025, 15:31
Lisey direktorunun ölkədən çıxışına “stop” qoyulub
1-09-2025, 12:15
Sabahın hava proqnozu açıqlanıb
1-09-2025, 11:54
Əfqanıstandakı zəlzələdə ölənlərin sayı artır - (Yenilənib+)
1-09-2025, 11:26
Keçmiş mətbuat katibi yeni vəzifəyə təyin olunub
1-09-2025, 10:58
Məktəbli geyimləri və ləvazimatları bahalaşıb
31-08-2025, 12:15
Salyanda avtomobil kanala aşıb - Bir nəfər ölüb, beş nəfər xəsarət alıb
30-08-2025, 19:36
Bu gündən Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
30-08-2025, 12:09
Şüvəlanda yeni ictimai çimərliklər yaradılıb