09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Tanrıverdi Mustafayevə yeni vəzifə verildi - Daha bir qurumda mətbuat katibi dəyişikliyi oldu
Tarix: 05-05-2020 11:02 | Bölmə: Cəmiyyət
Tanrıverdi Mustafayevə yeni vəzifə verildi - Daha bir qurumda mətbuat katibi dəyişikliyi oldu

20 ilə yaxındır ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri olan Tanrıverdi Mustafayev bu gündən qurumda müşavir kimi işə başlayıb. 

Reyting.az xəbər verir ki, o,, bununla bağlı "Report"a açıqlama verib və yeni vəzifəsinin icrasına Tovuz rayonuna səfər etməklə başladığını deyib. 

"Hazırda Tovuz rayonundayam. Regionlarda elektrik enejrisi şəbəkəsinin yenidən qurulması işləri ilə tanış olmaq üçün bura gəlmişəm. Mənə göstərilən böyük etimada görə başda sədrimiz Vüqar Əhmədov olmaqla bütün rəhbərliyimizə minnətdaram. Çalışacam ki, bu etimadı doğruldum”, - deyə o, qeyd edib. 

Xatırladaq ki, T.Mustafayevi keçmiş vəzifəsində ATV-nin Baş redaktoru Vaqif Aydınoğlu əvəz edib. 




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq