09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Kvemo Kartlidə koronavirusa yoluxanların sayı yenə artıb
Tarix: 05-05-2020 13:53 | Bölmə: Cəmiyyət
Kvemo Kartlidə koronavirusa yoluxanların sayı yenə artıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 194-ə çatıb.

Bu barədə bölgə qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, son 24 saat ərzində ölkədə qeydə alınan yeni yoluxma hallarının 10-u Bolnisi rayonunun payına düşüb.

Qubernator qeyd edib ki, Rustavi şəhəri, Marneuli və Tetritskaro rayonlarında hazırkı mərhələdə COVID-19-a yeni yoluxma faktı təsdiqlənməyib.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq