TƏBİB: "Karantin rejimi yenidən sərtləşdirilə bilər"
Tarix: 05-05-2020 17:42 | Bölmə: Cəmiyyət
TƏBİB: "Karantin rejimi yenidən sərtləşdirilə bilər"

“Əgər situasiya yenidən belə davam edərsə, karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür”.

Bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Y.Qarayeva Azərbaycan xalqına müraciət edib: “Biz karantin rejiminin yumşaldılmasını istəyirik, sərtləşdirilməsini deyil. Ona görə də xalqımız qaydalara riayət etməlidir. Görünən odur ki, karantin qaydalarına əməl olunmur. Hər kəs maskadan istifadə etməlidir”, - deyə Y.Qarayeva bildirib/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər