İstehsalatdakı bədbəxt hadisə nəticəsində 63 nəfər ölüb
Tarix: 08-05-2020 11:12 | Bölmə: Cəmiyyət
İstehsalatdakı bədbəxt hadisə nəticəsində 63 nəfər ölüb

Ötən il Azərbaycanda istehsalatla əlaqəli sayılmış 247 bədbəxt hadisənin təhqiqatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu barədə Nazirliyin 2019-cu il hesabatında məlumat verilib. Qeyd edilib ki, 19-u qrup halında olan bu hadisələr nəticəsində 63 nəfər vəfat edib, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 302 nəfər zərərçəkmiş şəxsə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub. İşəgötürənlər tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməməsinə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən, sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmamasına və istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumatın verilməməsinə görə 59 halda hüquq pozuntusu aşkar edilib və DƏMX-in vəzifəli şəxsləri və məhkəmə orqanları tərəfindən vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək 133600 manat məbləğində cərimə tətbiq olunub.(APA)




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər