ÜST rəsmisi: “Karantindən çıxış zamanı yoluxma halları müşahidə olunur"
Tarix: 09-05-2020 17:41 | Bölmə: Cəmiyyət
ÜST rəsmisi: “Karantindən çıxış zamanı yoluxma halları müşahidə olunur"

"COVID-19-la mübarizədə Azərbaycanda həyata keçirilən tədbirlər bizi çox sevindirir".

Reyting.az
xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda dünyanın bir çox ölkələrində karantinlə bağlı tətbiq olunan məhdudiyyətlərin yumşaldılması prosesi həyata keçirilir: “Karantindən çıxış zamanı yoluxma halları hələ də müşahidə olunur. Bu isə gözləniləndir. Ona görə də bütün qaydalara riayət etməliyik”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər