Bankdan 110 milyon dollar oğurlamaq istəyənlər son anda həbs edilib
Tarix: 11-05-2020 23:34 | Bölmə: Cəmiyyət
Bankdan 110 milyon dollar oğurlamaq istəyənlər son anda həbs edilib

Yerli bankdan 110 milyon dollarlıq hesabı boşaltmağa çalışan 6 nəfər saxlanılıb.

Reyting.az
xəbər verir ki, soyğunçuluq hadisəsi uzaq Efiopiyada baş verib.

Efiopiyanın Kəşfiyyat və Təhlükəsizlik Xidməti (NİSS) bəyan edib ki, yaxın bir ildə ölkədə yerləşən Nigeriya vətəndaşı Adeymi Aderemi Əbdülrafiunun qurduğu şəbəkənin həyata keçirməyi planlaşdırdığı soyğunun qarşısı son anda alınıb.

Əlavə edilib ki, soyğunçular özlərini ölkə xaricində yaşayan bir şəxsin Efiopiyadakı hesabından pul çəkmək hüququna sahib şəxs kimi təqdim edərək yerli bankdan 2 milyon dollar çıxarmağa çalışarkən saxlanılıblar.

Bütövlükdə 110 milyon dollarlıq bank hesabını boşaltmağı planlaşdıran oğrular uzun müddət bu plan üzərində işləyib və çeşidli beynəlxalq pul transferi sistemindən istifadə ediblər.

Soyğunçu şəbəkəni idarə edən Əbdülrafiu və 5 efiopiyalı saxlanılıb. Hazırda şəbəkənin digər üzvləri axtarılır.

Bankdan 110 milyon dollar oğurlamaq istəyənlər son anda həbs edilib




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər