“EuroHome”dakı yanğında 2 FHN əməkdaşı xəsarət alıb
Tarix: 12-05-2020 15:29 | Bölmə: Cəmiyyət
“EuroHome”dakı yanğında 2 FHN əməkdaşı xəsarət alıb

“EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın söndürülən zaman obyekt sahibləri və vətəndaşlar tərəfindən xəsarət alma faktı qeydə alınmayıb”

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

O bildirib ki, hadisə zamanı Nazirliyin 2 əməkdaşı yüngül tüstüdən zəhərlənmə xəsarət alıb: “Həmin şəxslər tibbi yardım aldıqdan sonra xidmətlərinə davam etdirirlər”.

Qeyd edək ki, rəsmi məlumata əsasən, yanğın “EuroHome” tikinti materialları bazarında mayın 11-i gecə saatlarında baş verib.

Belə ki, Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Zəng daxil olandan 6 dəqiqə sonra - saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub və qısa müddətdə məhdudlaşdırılaraq söndürülməsi təmin edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər