AMEA-nın doktorantura və dissertanturasında plan yerləri dolmayıb
Tarix: 12-05-2020 17:12 | Bölmə: Cəmiyyət
AMEA-nın doktorantura və dissertanturasında plan yerləri dolmayıb

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktorantura və dissertanturasının boş qalan plan yerlərinə qəbul aparılmayacaq”.

Reyting.az
xəbər verir ki, bu barədə APA-ya AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi Fail Kazımov deyib. F. Kazımov bildirib ki, bu il bəzi səbəblərdən plan yerləri boş qalıb: "Nazirlər Kabinetinin qərarı ilə bu ildən dissertantlar ilk dəfə olaraq xarici dildən imtahan veriblər. Bu vaxtadək dissertantlar xarici dildən imtahan verməmişdilər, yəni imtahana hazırlaşmamışdılar. Hazırlaşmadıqlarına görə onların əksəriyyəti imtahandan kəsildi.

İkinci səbəb isə sənədlərin qəbulundakı şərtlərdəki müəyyən dəyişikliklərlə bağlıdır. Şərtlərə görə, ən azı 2 il elmi-təşkilatı fəaliyyətlə məşğul olan şəxslər sənəd verə bilərdi. Amma əvvəlki qaydalarda fərqli idi. Qaydaya əsasən, faktiki olaraq hər hansı şəxs elmi-tədqiqat müəssisəsində işləyirdisə, o, sənəd verə bilirdi. İndi dissertant olmaq istəyənlər azı 2 il elmi və ya elmi-pedoqoji iş stajına malik olmalıdır”.

F. Kazımov qeyd edib ki, şərtlərə uyğun olmayanlardan sənəd verənlər olub: “Biz də araşdırdıq, şərtlər uyğun olmadığına görə onların sənədləri ləğv olundu. Hər il dissertanturada bu qədər boş yer qalmırdı. Bu da builki dəyişikliklərlə bağlıdır”.

Qeyd edək ki, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturada 35, elmlər doktoru hazırlığı üzrə doktoranturada 8, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturada 163, elmlər doktoru hazırlığı üzrə dissertanturada 20 plan yeri boş qalıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər