Hikmət Hacıyev: " Kiyev-Bakı aviareysi ilə 198 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək"
Tarix: 13-05-2020 18:00 | Bölmə: Cəmiyyət
Hikmət Hacıyev: " Kiyev-Bakı aviareysi ilə 198 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək"

“11 may tarixində Riqa-Bakı aviareysi ilə Estoniya, Litva və Latviyada olan 52 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib”.

Reyting.az
xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, 12 may tarixində Moskva-Bakı aviareysi həyata keçirilib və Rusiyada xüsusi təhsil müəssisələrində təhsil alan azərbaycanlı kadetlərin ölkəyə gətirilməsi təmin edilib: “12 may tarixində Minsk-Bakı aviareysi ilə 124 nəfər ölkəyə gətirilib. 14 may tarixində isə Kiyev-Bakı aviareysi ilə 198 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək”.

H. Hacıyev qeyd edib ki, Rusiya-Azərbaycan quru yolu ilə 540 nəfərdən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər