120 tikinti obyektində qanunsuzluq aşkarlanıb
Tarix: 14-05-2020 17:57 | Bölmə: Cəmiyyət
120 tikinti obyektində qanunsuzluq aşkarlanıb

Azərbaycanda dörd məcburi əmək faktı qeydə alınıb.

Bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında (2019-cu il üzrə) qeyd edilir.

Məlumata görə, aparılan araşdırmalarla altı qurbandan beşinin Rusiyada tikinti sahəsində istismar edildiyi, bir azyaşlının respublikada məcburi dilənçiliyə məruz qalması müəyyən olunub. Təqsirkar şəxslər məhkəmə məsuliyyətinə cəlb ediliblər.

Hesabatda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan monitorinqin nəticələri də açıqlanıb. İllik məlumatda yazılıb ki, monitorinqlər zamanı 120 tikinti obyektində 351 nəfərin əmək və ya xidməti müqavilə olmadan çalışdığı aşkarlanıb. Həmin pozuntularla bağlı dörd işəgötürən təşkilat barədə toplanılmış materiallar Baş Prokurorluğa göndərilib. Ümumilikdə isə 454 min manat inzibati cərimə tətbiq edilib.

Qeyd edək ki, illik məlumat parlamentin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər