Naxçıvanda 106 nəfərdə virus aşkarlanıb – Ölənlər var
Tarix: 15-05-2020 14:10 | Bölmə: Cəmiyyət
Naxçıvanda 106 nəfərdə virus aşkarlanıb – Ölənlər var

“Naxçıvan Muxtar Respublikasında ümumilikdə 7450 nəfər karantinə alınıb. Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib”.

Reyting.az
-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva bildirib.

Onun sözlərinə görə, hazırda 417 nəfər karantində saxlanılır:

“Virusun laborator təyini üçün Muxtar Respublikada Polimer Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99-u müsbət reaksiyalı tam sağalma ilə evə yazılıb. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir”.

Nazir müavininin sözlərinə görə, yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiya elan olunan virusun Muxtar Respublikada yayılması nəzarətə götürülüb.

Z. Mustafayeva Muxtar Respublikanın səhiyyə müəssisələrində görülən işlər, profilaktik tədbirlər barədə geniş məlumat verib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 3-5 misli məbləğində mükafatlandırılıblar.(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər