TƏBİB sədri siyahı açıqladı, rəhbər şəxsləri ittiham etdi: "Məsuliyyətsiz yanaşıblar"
Tarix: 15-05-2020 17:40 | Bölmə: Cəmiyyət
TƏBİB sədri siyahı açıqladı, rəhbər şəxsləri ittiham etdi: "Məsuliyyətsiz yanaşıblar"

"Bakıda koronavirusa yoluxma 47 faiz təşkil edir".

Reyting.az
xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, Yasamalda bu göstərici 17 faizdir. 

O qeyd edib ki, test imkanları 30 dəfədən çox artıb:

"Bu günə 1.7 faiz müsbət nəticələrin payı testlərdə qeyd olunur. 220 mindən artıq test aparılıb və 1 milyon əhaliyə 22 min təşkil edib".

R. Bayramlı əlavə edib ki, 80 yaşın üzərində 2 faiz yoluxma halı olub:

"Qadınlar arasında yoluxma 57 faizə yüksəlib. 80 yaş üzərində ölənlərin göstərici 11 faiz təşkil edib".

TƏBİB sədri bəzi müəssisə rəhbərlərini məsuliyyətsizlikdə ittiham edib: "Bu qurumlar çağırışlara məhəl qoymayıblar, məsuliyyətsiz yanaşıblar deyə xoşagəlməz vəziyyət yaranıb. Məsələn, "Bakı Tikiş evi"ndə 64 nəfər yoluxub, "Bakı steel kompani"də 48 yoluxma olub".

TƏBİB sədri onu da deyib ki, həbsxanalarda yoluxanların sayı da artıb: "46 yoluxma var".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər