"Kitabxana və idman oyunlarının bərpası hələ mümkün deyil" - Qərargah
Tarix: 15-05-2020 18:06 | Bölmə: Cəmiyyət
"Kitabxana və idman oyunlarının bərpası hələ mümkün deyil" - Qərargah

"Kitabxanalar təhsilin bir hissəsidir. Tədris yoxdursa kitabxanaların açılması da zəruri deyil".

Reyting.az
xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, tədris bərpa olunandan sonra kitabxanalar da açılacaq.

İbrahim Məmmədov futboldan da danışıb: "İdman təkcə futbol deyil. İdman kompleksləri ilə bağlı məsələlər müzakirə olunur. Ola bilsin, növbəti mərhələlərdə bu aspektlər də aktuallaşsın. Yoluxma aspektləri barədə fikir birliyi tam deyil, ortaq məxrəc olmadığına görə məsələdə konkretlik yoxdur".




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər