Rusiyalı alim koronavirusa qarşı peyvəndin hazırlanmasından danışdı
Tarix: 16-05-2020 17:48 | Bölmə: Cəmiyyət
Rusiyalı alim koronavirusa qarşı peyvəndin hazırlanmasından danışdı

Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Qinsburq koronavirusa qarşı peyvəndin yaradılmasından danışıb.

Reyting.az
Rusiya mediasına istinadla bildirir ki, A. Qinsburq hazırlığa fevral ayının ortalarından başlandığını bildirib. Onun yaradılmasına əvvəllər Ebola və MERS koronaviruslarına qarşı istifadə olunan universal bir platforma kömək edib.

Qinsburq, peyvəndin çiyində aparılacağını söyləyib. Hazırlanan peyvənd rəsmi şəkildə klinikaya qədər sınaqdan keçirilir, sonra mərkəz Səhiyyə Nazirliyinə insanlarda kliniki sınaq üçün sənəd verəcək.

“Ümid edirəm ki, sənədlərin verilmə müddəti bir ay çəkəcək”, - Qinsburq söyləyib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər