Türkiyədə daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişib
Tarix: 18-05-2020 20:20 | Bölmə: Cəmiyyət
Türkiyədə daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişib

Türkiyədə daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişib.

Məlumata görə, 1968-ci il təvəllüdlü Sadəgül Xudiyeva ötən gün mövcud pandemiya səbəbi ilə dünyasını dəyişib.

Bir müddət reanimasiyada qalan 52 yaşlı qadının səhhəti ötən gün pisləşib və elə xəstəxanada vəfat edib. Mərhum İstanbulda, Sarıyer bölgəsində dəfn edilib. Qeyd edək ki, S.Xudiyeva ailəsi ilə birlikdə İstanbulda yaşayırdı.

Xatırladaq ki, bununla birlikdə Türkiyədə KOVİD-19 səbəbi ilə ölən azərbaycanlıların sayı 6-ya çatıb. /Modern.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər