Seyfulla Əzimov: "91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır"
Tarix: 19-05-2020 12:20 | Bölmə: Cəmiyyət
Seyfulla Əzimov: "91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır"

Aparılan monitorinqlər nəticəsində 120 tikinti obyektində 351 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkar edilib. Bununla bağlı ümumilikdə 454 000 manat inzibati cərimə tətbiq edilib”.

Bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan sosial islahatlar nəticəsində 2018-ci illə müqayisədə ötən il ölkə üzrə bağlanılan əmək müqavilələrinin sayında 153 min artım qeydə alınıb.

S.Əzimov qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır, 2-i əcnəbidir/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər