Muxtar Babayev: "Karantin dövründə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb"
Tarix: 21-05-2020 17:25 | Bölmə: Cəmiyyət
Muxtar Babayev: "Karantin dövründə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən karantin dövründə təbiətdə baş verən dəyişikliklərlə bağlı müşahidə və monitorinqlər həyata keçirilir.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, hazırda monitorinq işlərininin müasir beynəlxalq standartlara uyğun aparılması təmin olunur: "Ölkəmizin iri şəhərlərində atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqi məqsədilə yeni nəsil avtomatik stansiyalar qurulur. Eyni zamanda ölkənin istənilən nöqtəsində ilkin analiz aparmağa imkan verən səyyar mobil laboratoriya fəaliyyət göstərir. Araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb". Nazir bildirib ki, xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb: "Bu ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası 2019-cu ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır. Bunun səbəbi karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması olub"/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər