ABŞ Ümumdünya Səhiyyə Təşkilatının analoqunu yarada bilər
Tarix: 24-05-2020 15:44 | Bölmə: Cəmiyyət
ABŞ Ümumdünya Səhiyyə Təşkilatının analoqunu yarada bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsinin dayandırıldığını bəyan edən ABŞ prezidenti Donald Trampın müşavirləri Dövlət Departamentində yoluxucu xəstəliklərin baş verməsinə cavab verəcək bir bölmənin yaradılması məsələsini müzakirə edirlər.

Reyting.az
bildirir ki, bu barədə “Politico” əldə etdiyi sənədlərə və mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, yeni bölməyə Ağ evin koronavirus üzrə işçi qrupunun əlaqələndiricisi Debora Birks başçılıq edə bilər.

Qəzet yazır ki, bu bölmə ÜST-ün bəzi işlərinin yerinə yetirilməsi üçün “alternativ mexanizm” ola bilər.

Dövlət Departamentinin pandemiyaya hazırlığını izləyəcək və xəstəliyin başvermə vəziyyətinə cavab verəcək bir koordinatorun təyin edəcəyi nəzərdə tutulur.

Təklif mayın 21-də Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub. Məlumata görə, təklif Dövlət Departamenti və ABŞ-ın Beynəlxalq inkişaf üzrə Agentliyi (USAID) arasında fikir ayrılığına səbəb olub. USAID təmsilçiləri yeni bölmənin yaradılmasının agentliyin maliyyələşdirilməsini və nüfuzunu aşağı salacağını bəyan ediblər.

Bundan əlavə, Ağ evdəki işçi qrup xəstəliklə mübarizə üzrə tibbi məhsulların pandemiyanın geniş yayıldığı dövrdə USAID-i başqa ölkələrə göndərməkdə tənqid edib.

Xatırladaq ki, Tramp ABŞ-ın ÜST-ü maliyyələşdirmə məbləğinin 40 milyon dollara qədər azaldılacağının mümkünlüyünü açıqlayıb. Bundan əlavə, ABŞ prezidenti ÜST-ü Çinin istəklərini yerinə yetirən bir kukla adlandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər