09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
DYP-dən xəbərdarlıq: "Lənkəran istisna olmaqla, digər rayonların kəndlərində də qadağa olacaq..."
Tarix: 12-06-2020 17:49 | Bölmə: Cəmiyyət
DYP-dən xəbərdarlıq: "Lənkəran istisna olmaqla, digər rayonların kəndlərində də qadağa olacaq..."

"İcazə portalında adı olan şəxslər avtomobillərində ailə üzvlərini gəzdirməməlidir".

Reyting.az
xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, həmin şəxslərə ailə üzvlərini gəzdirməyə icazə verilmir: "O halda icazə verilir ki, ailə üzvü onunla birgə işləsin”.

DYP rəsmisi onu da deyib ki, Azərbaycanın sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan iri şəhər və rayonlarda xüsusi karantin postları, mobil postlar fəaliyyət göstərəcək: "İcazə verilməyən şəxslər evlərindən çıxmamalıdır". 

DYP rəsmisi əyalətlərdə tətbiq olunacaq rejimdən də danışıb.

O deyib ki, sərt karantin rejimi Lənkəran şəhərinin yalnız özündə tətbiq ediləcək, kəndlərində deyil: "Ancaq İsmayıllı, Yevlax, Salyan və Kürdəmir rayonlarının bütün ərazilərində sərt karantin rejimi tətbiq olunduğuna görə bu qadağa həmin rayonların kəndlərini də əhatə edəcək”/Mia.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər