09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Vasif Əliyev: “Bir insanda xəstəliyin əlamətlərinin başlaması 7-14 gün təşkil edir"
Tarix: 12-06-2020 18:13 | Bölmə: Cəmiyyət
Vasif Əliyev: “Bir insanda xəstəliyin əlamətlərinin başlaması 7-14 gün təşkil edir"

“Bəzən deyirlər ki, həftəsonu karantin elan edilsə də, koronavirusa yoluxanların sayı artır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, hər bir insana potensial virus daşıyıcısı kimi baxılmalıdır: “Bir insanda xəstəliyin əlamətlərinin başlaması 7-14 gün təşkil edir. Yəni keçən həftənin nəticəsini hələ gözləməliyik. Gələn həftə əgər yoluxma sayında azalma olsa, o zaman nəticənin effektiv olmasını demək mümkün olacaq. İnkubasiya dövrü fərdi xarakter daşıyır”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər