18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
İki məmur saxlanıldı - Əməliyyat
Tarix: 14-06-2020 00:04 | Bölmə: Cəmiyyət
İki məmur saxlanıldı

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz Rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözügedən qurumda çalışan Elçin Ələkbərov saxlanılıb.

Adıçəkilən şəxslər işlərindəki ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər.

Bundan əlavə, DSMF-nin Kəpəz Rayon Şöbəsinin rəisi Ülfət Əhmədov da tutduğu vəzifədən azad olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}