09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Baş Prokurorluq: vəzifəli şəxslərin yol verdiyi qanun pozuntuları araşdırılıb
Tarix: 14-06-2020 13:15 | Bölmə: Cəmiyyət
Baş Prokurorluq: vəzifəli şəxslərin yol verdiyi qanun pozuntuları araşdırılıb

Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər