Nazirin kürəkəni yenı vəzifəyə təyin edildi
Tarix: 12-02-2016 11:39 | Bölmə: Cəmiyyət / Xəbərlər

 

Bir müddət əvvəl Vergilər Nazirliyində aparılan kadr dəyişikliyi nəticəsində nazir Fazil Məmmədovun 13 müşavirinin sayı 7-yə endirildi. Müşavir postundan azad olunan şəxslər isə digər vəzifələrə təyinat alıblar.

AzVision.az-ın əldə etdiyi məlumata görə, nazirin müşaviri vəzifəsindən azad olunan Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini təyin edilib. Bununla da müavinlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Namiq Quliyev nazir Fazil Məmmədovun bacısının həyat yoldaşıdır. N.Quliyev müşavir təyin olunmamışdan öncə də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini vəzifəsində çalışıb.





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər