"Öldürülən Yusif İldırımzadənin qaynı deyil" - Prokurorluq rəsmi açıqlama yaydı
Tarix: 24-09-2020 22:49 | Bölmə: Cəmiyyət
"Öldürülən Yusif İldırımzadənin qaynı deyil" - Prokurorluq rəsmi açıqlama yaydı

"Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb".

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, məlumat rəsmən təkzib olunur:

"Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur".

Xatırladaq ki, APA-nın yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57A ünvanında qeydə alınıb.Həmin ünvanda yaşayan, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlu yaşadığı evdə qətlə yetirilib.

Saytı mərhumun Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynı olduğunu iddia etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər