Ermənilər Ağdamın Birinci Baharlı qəsəbəsinə top mərmisi atıb, dağıntılar var
Tarix: 30-09-2020 10:04 | Bölmə: Cəmiyyət
Ermənilər Ağdamın Birinci Baharlı qəsəbəsinə top mərmisi atıb, dağıntılar var

Bu gecə saat 00:40-da Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1979-cu il təvəllüdlü Həsənov Elçin Əli oğlunun evi top mərmisindən dağılıb.

Məlumata görə, saat 01:46-da Birinci Baharlı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Əhmədov Sabir Qulu oğlunun evi düşən mərminin təsirindən zərər çəkib.

Bu gecə saat 00:40-da Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1950-ci il təvəllüdlü Behbudov Allahverdi Məhəmməd oğluna məxsus 200 ədəd ot bağlaması mərmi nəticəsində yanıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}