Tarix: 16-02-2017 14:25 | Bölmə: Cəmiyyət
"Orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanlarda, dövlət qulluğu (dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) üzrə test imtahanlarında iştirak etmək üçün ödənişin məbləği ilə bağlı müzakirələr gedir”.
Reyting.az saytı Modern.az-a istinadla xəbər verir ki, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib. İ.Məcidov bildirib ki, rəsmi qaydada Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara uyğun olaraq müvafiq sənədlər Tarif Şurasına təqdim olunmalıdır.
"Hazırda işçi qrupu tərəfindən müzakirələr aparılır. Ödənişlərin dəqiqləşdirilməsi müəyyən olunmuş müddətdə başa çatdırılacaq və ən optimal variant seçiləcək”,-deyə İ.Məcidov bildirib.
Bölməyə aid digər xəbərlər