14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Prezidentin köməkçisi: “Diplomatlar Gəncədə dinc sakinlərə qarşı hərbi cinayəti gözləri ilə gördülər”
Tarix: 12-10-2020 15:49 | Bölmə: Cəmiyyət
Prezidentin köməkçisi: “Diplomatlar Gəncədə dinc sakinlərə qarşı hərbi cinayəti gözləri ilə gördülər”

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər edib.


Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

“Əcnəbi diplomatlar və Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların rəhbərləri Ermənistanın baş nazirinin Gəncə şəhərinin dinc sakinlərinə qarşı sifariş verdiyi hərbi cinayəti öz gözləri ilə gördülər. Günahsız qurbanların xatirəsini yad etmək üçün əraziyə çiçəklər qoydular”, - deyə Prezidentin köməkçisi qeyd edib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 14:30 Sabah yağış yağacaq