Bərdədə 25 yaşlı oğlanı sevdiyi qızın ailəsi yandırıb?
Tarix: 09-03-2021 13:38 | Bölmə: Cəmiyyət
Bərdədə 25 yaşlı oğlanı sevdiyi qızın ailəsi yandırıb?

Bakı şəhər sakini yanıq xəsarəti ilə Bərdədə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eyvazov Əliəhəd Mehman oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Ə. Eyvazov ilkin ifadəsində sevdiyi qızın ailəsi tərəfdən yandırıldığını bildirib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, Ə. Eyvazova ilkin yardım göstərilib, ailəsi onun müalicənin davam etdirmək üçün Bakı şəhərinə aparıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}