00:17 / 16-12-2025
“Gizir Xanı”ya şəhidlik statusu verilib
00:16 / 16-12-2025
Zövqlər dəyişməyib: Asiyada çay, Avropada qəhvə
00:12 / 16-12-2025
Zakir Qaralova ağır itki üz verib
00:09 / 16-12-2025
Rəqəmsal ixracda hansı ölkələr liderdir? - Siyahı
00:06 / 16-12-2025
"Yüz ilin tənhalığı" serialının davamı çəkilib
00:03 / 16-12-2025
Türkiyənin də kosmodromu olacaq
23:29 / 15-12-2025
Anar Ələkbərov Ramiz Rövşənin qonağı olub
22:19 / 15-12-2025
General vəzifədən azad olunub
21:49 / 15-12-2025
Nazir: "Dövlət büdcəsinə bir uşaq 4 500 manata başa gəlir"
20:36 / 15-12-2025
Ukrayna-ABŞ danışıqları yekunlaşıb
19:28 / 15-12-2025
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya olunur
19:18 / 15-12-2025
Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb
19:03 / 15-12-2025
Vüqar Əhməd saxlanılıb? - Açıqlama
18:15 / 15-12-2025
Yeni icra başçısı 23 illik müavini işdən çıxarıb
18:01 / 15-12-2025
Xəstədən pul tələb edən həkimlərə xəbərdarlıq olunub
17:51 / 15-12-2025
Sumqayıtda 19 yaşlı qız dəm qazından ölüb
17:18 / 15-12-2025
Ukrayna Almaniyada döyüş dronları istehsal edəcək
17:12 / 15-12-2025
Gəlin qayınanasını öldürüb - Yenilənib
16:48 / 15-12-2025
Karen Avanesyanın məhkəməsi keçirilir
16:30 / 15-12-2025
Azərbaycan Universitetində döşəmə çöküb, tələbə xəsarət alıb
16:18 / 15-12-2025
İcra başçısının oğluna general rütbəsi verilib
16:03 / 15-12-2025
"İmişli" ilə "Karvan-Yevlax" oyunu heç-heçə bitib
15:43 / 15-12-2025
Prezident FHN əməkdaşlarını təltif edib - Siyahı
15:31 / 15-12-2025
Şəxsiyyət vəsiqəsi, pasport və daha bir neçə iş üzrə yeni xidmət qaydaları hazırlanıb
15:26 / 15-12-2025
Hərbi ekspert: Cəbhədə döyüşlər, diplomatik təmaslarda isə imitasiya gedir
15:25 / 15-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib
15:20 / 15-12-2025
İlham Əliyev altı ölkə ilə viza ləğvi barədə sazişləri təsdiqləyib
15:11 / 15-12-2025
Azərbaycan və Qazaxıstan arasında üç saziş və bir memorandum təsdiqlənib
15:02 / 15-12-2025
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
14:41 / 15-12-2025
Yetirməmlə fəxr edirəm - Professor yazır
16:35 / 11-12-2025
“Qarabağ” üçün həyəcan siqnalı: pley-off şansı əldən çıxır?
14:56 / 11-12-2025
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
14:51 / 12-12-2025
Ağdərə rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
18:20 / 14-12-2025
Pənah Hüseyn sədr vəzifəsindən istefa verib - Fotolar
14:17 / 15-12-2025
Prezident ali hərbi və ali xüsusi rütbələr verib - Siyahı
18:28 / 11-12-2025
Gələn ilin qeyri-iş günləri elan edilib - Siyahı
17:29 / 12-12-2025
Çinə qarşı yeni koalisiya formalaşdırılır
11:26 / 13-12-2025
NATO ölkələri Rusiya vilayətinin ilhaq planını hazırlayıb
00:20 / 12-12-2025
İlham Əliyev Ümummilli Liderin anım günü ilə bağlı paylaşım edib - Foto
15:25 / 15-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib
14:07 / 12-12-2025
Tramp: Ukrayna münaqişəsi III Dünya Müharibəsinə səbəb ola bilər
15:02 / 15-12-2025
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
Vaqif Dərgahlı: “Erməni silahlıları böyük itkilərə məruz qaldı”
Tarix: 02-04-2018 12:32 | Bölmə: Cəmiyyət

2016-cı ilin aprel ayının 2-dən 5-dək cəbhə xəttində gərginliyin artmasının və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlar törətmək cəhdinin qarşı tərəfdən əvvəlcədən planlaşdırılması şübhəsizdir.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı aprel döyüşlərinin hərbi nəticələrini şərh edərkən deyib.
V.Dərgahlı bildirib ki, hadisələrin səbəb və nəticələrini təhlil edərkən məhz bu tarixlər çərçivəsində deyil, bir qədər əvvələ baxmaqla qoşunların təmas xəttində Ermənistanın təxribatlar törətmək üçün istənilən məqamdan istifadə etməsinin şahidi oluruq.
“2014-cü ilin oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən dərhal sonra Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində 46 min nəfərdən artıq şəxsi heyətin və 5 mindən çox texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirildi. Məhz bu təlimlərdə Ermənistanın Erebunu hərbi bazasında dislokasiya olunan Mi-24 tipli helikopteri açıq şəkildə mövqelərimizə hücum etdi və bölmələrimiz tərəfindən məhv edildi. Bu dövrdən başlayaraq cəbhə xəttində, eləcə də dövlət sərhəddində Ermənistan məqsədyönlü şəkildə gərginliyi artırır və təxribatlar törətməyi davam etdirirdi. Hətta əsas hədəf kimi dövlət sərhəddi seçilmişdi ki, bu da Ermənistanın münaqişəyə üçüncü dövləti cəlb etmək məqsədini daşıyırdı.
Eyni zamanda hələ 2015-ci ilin əvvəllərindən etibarən Ermənistanın hərbi doktrinasında əsaslı dəyişikliklərin edilməsi prosesi başladı. Ermənistanın siyasi və hərbi rəhbərliyində olan müxtəlif şəxslər “DQR” ətrafındakı “təhlükəsizlik qurşağı”nın genişləndirilməsi məsələsini gündəmə gətirərək gələcək işğalçılıq fəaliyyətləri üçün ideoloji zəmin yaratmağa cəhd göstərirdilər.
2015-ci ilin payızından etibarən fəallaşan erməni tərəfi qoşunların təmas xətti boyunca yerləşən mövqelərimizi və cəbhə yaxınlığındakı yaşayış məntəqələrini intensiv atəşə tuturdu. Düşmən cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə dəfələrlə kəşfiyyat-təxribat fəaliyyətinə cəhd göstərirdi.
2016-cı ilin mart ayının ortalarından başlayaraq Ermənistanın silahlı qüvvələri təxribatlarını artıraraq sərhədyanı yaşayış məntəqələrinin və təmas xəttinin bilavasitə yaxınlığında yerləşən kəndlərin dinc əhalisinin atəşə tutulmasını daha da gücləndirdi. Erməni tərəfi iriçaplı silahlardan, qumbaraatan, minaatan, eləcə də kalibri 120 mm-dən yuxarı olan artilleriya sistemlərindən istifadə etməyə başladı. Azərbaycan Ordusunun bölmələri hər dəfə düşmənə zərbə vuraraq onu canlı qüvvə və döyüş texnikası sarıdan itkiyə məruz qoyurdu.
Hərbi cəhətdən iflasa uğrayan Ermənistanın kriminal hərbi siyasi-rejimi cəbhədəki uğursuzluqlarının əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə cəhd göstərdi. Belə ki, 2016-cı ilin aprel aının 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz müxtəlif silahlardan intensiv atəşə tutuldu. Eyni zamanda qoşunların təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qaldı.
Qarşı tərəfin hərbi aktivliyini genişləndirməsinə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə komandanlıq tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verildi.
Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi hissələr, artilleriya bölmələri və digər qoşun növlərinin birgə əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə erməni silahlı bölmələrinə qarşı cavab tədbirləri görüldü.
Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları müəyyənləşdirildi, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarıldı.
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.
Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu bəzi kəndlərin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.
Ermənistandan əlavə hərbi qüvvə, o cümlədən könüllü adı altında dünyanın müxtəlif qaynar nöqtələrindən muzdlu döyüşçülər gətirməklə düşmən itirdikləri ərazilərin geri qaytarılmasına dəfələrlə cəhd göstərdi, lakin hər dəfə tutarlı cavab alaraq geri oturduldu. Bu döyüşlər zamanı düşmən tərəfinin Ermənistadakı demək olar ki, bütün hərbi qüvvələrini əməliyyatlara cəlb etməsinə baxmayaraq, Azərbaycan Ordusu hərbi əməliyyatlara yalnız müdafiənin ön xəttində yerləşən qüvvələrinin bir qismini cəlb etmişdi.
Azərbaycan Ordusunun həyata keçirdiyi bu əks-həmlə əməliyyatının əsas məqsədi - erməni hərbi birləşmələrinə zərbə vuraraq onları təmas xəttində yerləşən kəndlərimizdə yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq törətdikləri təxribatlarının qarşısının alınması və yaşayış məntəqələrimizi hədəfə alan atəş nöqtələrinin təsirinin azaldılmasından ibarət idi. Bu tapşırıq da uğurla yerinə yetirildi.
Hazırda da düşmən tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb. Bu hadisələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyində baş verən proseslər qonşu “dövlətin” idarəçilik aparatındakı, o cümlədən hərbi strukturundakı problemləri, boşluqları ortaya çıxardı.
Bu gün də Azərbaycan Ordusu qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və istənilən təxribatların qarşısını almağa hazırdır.
Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun fəaliyyətinə ən böyük qiyməti ölkə Prezidenti cənab İlham Əliyev verdi. Ali Baş Komandanın “aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir” - fikri aprel əməliyyatlarına verilən ən yüksək qiymətdir".
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:12
Zakir Qaralova ağır itki üz verib
Dünən, 18:01
Xəstədən pul tələb edən həkimlərə xəbərdarlıq olunub
Dünən, 17:51
Sumqayıtda 19 yaşlı qız dəm qazından ölüb
Dünən, 13:19
Sabah leysan yağacaq - Xəbərdarlıq
Dünən, 12:29
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 10:13
41 yaşlı məntəqə sədri faciəvi şəkildə ölüb
14-12-2025, 14:48
Sabah qar yağacaq
13-12-2025, 21:27
Elbəyi Kərimli həbsdə vəfat edib
13-12-2025, 17:07
Sabah Bakıya sulu qar yağacaq - Proqnoz
13-12-2025, 12:48
Bakıda quldurluq edən şəxs Tərtərdə tutulub
12-12-2025, 18:58
Naxçıvanda yas mərasimində kütləvi zəhərlənmə olub
12-12-2025, 17:44
Hava ilə bağlı daha bir - Xəbərdarlıq
12-12-2025, 17:08
Zal Yusifovun oğlunun cinayət işi məhkəmə baxışına verilib
12-12-2025, 16:47
Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək - Xəbərdarlıq
12-12-2025, 16:01
İsrail məktəblərində smartfonu qadağan edəcəklər
12-12-2025, 15:48
Dövlət qulluqçularının təminatı ilə bağlı qanun dəyişir
12-12-2025, 12:53
Sabah yağış yağacaq - Proqnoz
12-12-2025, 12:44
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatıb
12-12-2025, 11:33
3.5 milyonluq qalmaqal - Sahibkar hakim qarşısına çıxarılıb
12-12-2025, 10:38
Xalq şairi Nəriman Həsənzadə palataya köçürülüb
11-12-2025, 18:16
Alimlər həyəcan təbili çalır
11-12-2025, 15:38
Senator canlı yayımda jurnalisti təhqir edib
11-12-2025, 13:56
Bakıdakı məktəbdə 8 şagird saqqızdan zəhərlənib - Yenilənib
11-12-2025, 12:08
Axtarışda olan məşhur alim Polşada həbs edilib - Foto
11-12-2025, 11:08
Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşüb - Foto
11-12-2025, 08:35
Sosial şəbəkələr intiharlara səbəb olur
10-12-2025, 18:59
Süni intellekt dövründə işsiz qalmamaq üçün nə etməli?
10-12-2025, 18:06
Bakıda din xadimlərinin forumu olacaq
10-12-2025, 16:03
Anasının bank kartından oğurluq edən şəxs saxlanılıb
10-12-2025, 12:21
Sabah yağış yağacaq
10-12-2025, 11:00
Nazirlik əhaliyə müraciət edib
10-12-2025, 10:07
Gəncədə orta məktəb şagirdləri dönərdən zəhərləniblər - Yenilənib
10-12-2025, 09:23
Azərbaycan ərazisində leysan və qar yağır
10-12-2025, 00:05
Biləsuvar sakini Albaniyada ölüb
9-12-2025, 17:56
Media nümayəndələri üçün təlim keçirilib - Fotolar
9-12-2025, 15:47
İranlı nazirin xanımı Bibiheybət məscidini ziyarət edib - Fotolar
9-12-2025, 12:43
İsrail 220-dən çox jurnalisti öldürüb
9-12-2025, 10:31
Kəmaləddin Heydərov polkovnik-leytenantı vəzifəyə təyin edib
9-12-2025, 10:25
Baş həkim vəzifədən çıxarılıb
9-12-2025, 10:08
İsa Həbibbəyli qohumunun güllələnmə xəbərinə laqeyd cavab verib
9-12-2025, 09:49
Abşerondakı qəzada 3 nəfər ölüb - Cinayət işi açılıb
8-12-2025, 17:11
Dövlət qulluğu ilə bağlı yeni əmr imzalanıb
8-12-2025, 14:38
MEDİA "Fərdi jurnalist" müsabiqəsinin nəticələrini açıqlayıb
8-12-2025, 13:15
Nizami Tibb Mərkəzinin direktoru vəzifədən azad edilib

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək