16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məcburi köçkünlərin məskunlaşdıqları mənzillərlə bağlı araşdırma aparılacaq
Tarix: 21-06-2022 18:31 | Bölmə: Cəmiyyət
Məcburi köçkünlərin məskunlaşdıqları mənzillərlə bağlı araşdırma aparılacaq

Bakı şəhərinin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsindəki M. Fətəliyev küçəsində yerləşən binadakı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları mənzillərin məxsus olduğu bir qrup vətəndaş iyunun 21-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar.

Reyting.az
-ın məlumatına görə, komitədən bildiriblər ki, əvvəlcə komitənin Aparat rəhbəri Eldar Zeynalov, sonra isə komitə sədri Rövşən Rzayev vətəndaşlarla görüşərək, onları dinləyib və müvafiq izahat verib.

Diqqətə çatdırılıb ki, komitənin aidiyyəti şöbəsinin əməkdaşları vətəndaşların müraciətləri əsasında həmin ünvanda bir daha araşdırma aparacaqlar. Araşdırmalardan sonra müvafiq tədbirlərin həyata keçirilməsi üçün yuxarı dövlət orqanlarına müraciət ediləcək və nəticəsi haqqında vətəndaşlara məlumat veriləcək.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}